Ermənilərin Tərtərdə dağıtdığı evlərin aqibəti

Day.Az представляет новость на азербайджанском языке

Ermənilərin aprel döyüşləri zamanı Tərtər rayonunda dağıtdığı 17 evin təmirə ehtiyacı var. Hazırda həmin evlərdə təmir işləri aparılır.

Day.Az bildirir ki, bunu azvision.az-a açıqlamasında Tərtərin icra başçısı Müstəqim Məmmədov deyib.

"İyun ayının sonuna kimi təmir gedən evlərin hər birində işlər yekunlaşacaq və sakinlərə təhvil veriləcək. Hazırda bir neçə evdə təmir işləri yekunlaşmaq üzrədir. Ümumilikdə 256 evə ziyan dəyib. Onlar arasında nisbətən az ziyan dəyən evlər bərpa olunub".

M.Məmmədovun sözlərinə görə, son günlər cəbhə bölgəsində vəziyyət stabildir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.