Qobustan sakininin maraqlı ixtirası görənləri heyrətləndirib

Day.Az представляет новость на азербайджанском языке

Qeyri-adi ixtira görənlərin marağına səbəb olur. Qobustan sakini Famil Şıxəliyev hazırladığı traktor ilə görənləri heyrətləndirib. Fərqli dizayna malik olan bu texnikanın bir çox özəllikləri var.

Əsas özəlliyi isə yanacaq sərfiyyatıdır. Belə ki, traktor 100 km məsafəyə 2 litr benzin işlədir. Özünün də dediyi kimi, traktorun hazırlanmasına çox pul xərcləməyib. O, əvvəlcə hazırlayacağı texnikanın detallarını toplayıb, zəruri avadanlıqdarı əldə etdikdən sonra qolunu çırmayıb, işə başlayıb. Hələ o vaxt konstruktorun bu ideyanı gerçəkləşdirə biləcəyinə çoxları inanmırdı. Saatda təxminən 60 kilometr qət edən traktorun hazırlanmasına cəmi 20 gün vaxt sərf edib. 2 nəfər üçün nəzərdə tutulan traktorun yük götürmə qabiliyyəti təxminən 500 kilodur.

Əsasən "Vaz" markalı maşının hissələrinin yığılan texnikaya indi tələbat yüksəkdir. Elə qəhrəmanımız da deyir ki, onun məqsədi təsərrüfat işlərində fermerlərə yardımçı olmaqdır, ancaq hələlik bunu satmaq fikri yoxdur. İndiki vəziyyətdə bu texnika ot, taxıl məhsullarının daşınması üçün nəzərdə tutulan traktoru təkmilləşdirməyi qarşısına məqsəd qoyun gənc ixtiraçı daha çox funksiyaları olan yeni bir texnika hazırlayacağını deyir. 

kanals.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.