Sürücülərə ŞAD XƏBƏR

Day.Az представляет новость на азербайджанском языке

Bakıda böyük küçələrdən birində avtomobillərin sağ zolaq üzrə hərəkəti daimi olacaq.

Söhbət xüsusən də günün pik saatlarında sıxlığın yaşandığı Nəsimi rayonu Rəşid Behbudov küçəsindən gedir.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyinin İctimayətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın Xəzər Xəbərə verdiyi məlumata görə, daimi yaşıl işıq sağ zolaqda hərəkət edənlərə şamil ediləcək. Sola, yəni Bakıxanov prospekti ilə Səməd Vurğun küçəsi istiqamətdə hərəkət isə əvvəlki qaydada işıqforla nizamlanacaq.

Bundan başqa, küçə ilə prospektin kəsişməsi də sağ hissədə 1-2 metrə qədər genişləndiriləcək.

Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polis İdarəsi və Azəravtoyol Açıq Səhimdar Cəmiyyətin əməkdaşları yaxın günlərdə bu ərazidə işlərə start verəcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.