Bankomatlarda 1 manat problemi

Day.Az представляет новость на азербайджанском языке

Bəzi  banklar bankomatlarına 1 manatlıq əskinaslar qoymur. Nəticədə vətəndaşın pulunun müəyyən hissəsi bankomatda qalır. Beləliklə,  4 manatdan aşağı olan məbləğləri aylarla kartdan çıxarmaq mümkün olmur.

Bank eksperti bildirir ki, chr("39")chr("39")kassa əməliyyatları və qiymətlərin daşınmasıchr("39")chr("39") ilə bağlı Mərkəzi Bankın  təsdiq etdiyi müvafiq qaydalar var. Həmin qaydalara əsasən banklar öz bankomatlarını mütəmadi olaraq manatlıqlar və digər yuxarı məbləğdə olan əskinaslarla təmin etməlidir.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, hər hansı bir bank əgər heç vaxt və ya aylarla öz bankomatlarına 1 manatlıq  əskinaslar  yükləmirsə, vətəndaş bankdan müvafiq dövlət orqanlarına şikayət edə bilər.

Digər bir çıxış yolu isə odur ki, vətəndaşlar həmin pullarla onlayn qaydada müəyyən ehtiyaclarını ödəyə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.