Rus məşqçi Azərbaycana gəlir?

Day.Az представляет новость на азербайджанском языке.

Moskvanın "Lokomotiv" klubunun baş məşqçisi İqor Çerevçenko Azərbaycan və İran klublarından təklif alıb. Klubların adı açıqlanmır.

"Report" xəbər verir ki, bu barədə "Sportfakt" nəşri yazıb.
Məlumata görə, Çerevçenko böyük ehtimal ilə yaxın vaxtlarda komandanı tərk edəcək. Mütəxəssisin klubla müqaviləsi başa çatır və tərəflər onu uzatmağı planlaşdırmırlar.
"Dəmiryolçular"ın rəhbərliyi artıq yeni baş məşqçinin axtarışlarına başlayıb. Namizədlər sırasında Çerçesov, Berdıyev və Klyuyevin adı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.