Məşhur istirahət mərkəzinə gedən avtomobil çaya aşdı: 5 yaralı

Day.Az представляет новость на азербайджанском языке.

Daşkəsən rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Zağalı kəndi yaxınlığında, Xoşbulaq istirahət mərkəzinə gedən yolda 1985-ci il təvəllüdlü Cəfərov Fariz Səfər oğlunun idarə etdiyi "BMW" markalı 20 CO 076 dövlət qeydiyyat nişanlı avtomobil dərəyə aşıb və bir neçə dəfə dövrə vuraraq çaya düşüb. 

Xoşbəxtlikdən, qəza nəticəsində ölüən olmayıb. Sürücü ilə yanaşı, sərnişinləri: 1986-cı il təvəllüdlü Quliyev Elçin Qalib oğlu, 1987-ci il təvəllüdlü Məmmədov Müslüm Vahid oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Etibar Behbud oğlu və 1980-ci il təvəllüdlü Əliyev Sahib Cəbrayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.   

İlkin araşdırma zamanı məlum olub ki, qəzaya düşən şəxslərin hamısı sərxoş vəziyyətdə olub. Onlar Xoşbulaq istirahət mərkəzinə gedirmişlər.
 
Araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.