"Mercedes" aşdı: qadınlar və 6 yaşlı uşaq yaralandı

Day.Az представляет новость на азербайджанском языке.

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Sürücü təhlükəsizlik kəməri taxdığından xəsarət almadan canını qurtarıb. Avtomobildə olan 26 və 36 yaşlı iki qadın, eləcə də 6 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.