Dəmiryolu yaxınlığında yaşıllıq alışdı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün saat 13:30 radələrində Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib. 

APA-nın məlumatına görə, yanğın 10 hektardan çox ot sahəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqların bir qismini, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib.
 
Dəmir yolu xəttinə ziyan dəyməyib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib və yanğın saat 15:30 radələrində söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.