Oqtay Şirəliyev qəza ilə bağlı Siyəzənə getdi

Day.Az представляет новость на азербайджанском языке

----------
14:03

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına baş çəkib.

Bu barədə Trend-ə Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə köçürülməsinə başlanılıb. Artıq xəstələrin bir hissəsi təcili tibbi yardım maşını ilə Sumqayıta gətirilib. Qalan xəstələr də yaxın saatlarda xəstəxanaya gətiriləcək.

O.Şirəliyev bundan əvvəl yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə baş çəkmişdi.

----------
11:34

Səhiyyə naziri Oqtay Şirəliyev tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzən rayonuna gedib.

Day.Az report-a istinadən bildirir ki, nazir hazırda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindədir. Mərkəzin baş həkimi Dadaş Hümbətov nazirə xəstələrin vəziyyəti barədə son məlumatları verib.
Nazirlə birgə rayona Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları da gəlib. Xəstələrin Bakıya aparılması gözlənilir.

Qeyd edək ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.