Kəsdikləri ağac yoldan keçən avtomobilin üzərinə aşdı:

Day.Az представляет новость на азербайджанском языке

Şəmkir rayonunda üzərinə kəsilən ağac düşən şəxs ölüb.

Day.Az DİN-in saytına istinadən bildirir ki, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsiblər. Həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.
 
K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.