Sumqayıtda fəhlə faciəvi şəkildə öldü

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhərində Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Day.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mayın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayonda inşa edilən 13 mərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanov 1-ci mərtəbədə olarkən beton daşı qırılaraq başına düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Day.Az представляет новость на азербайджанском языке