Avtobusla minik maşınları toqquşdu:

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Day.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Dədə Qorqud küçəsində 11 saylı marşrut xətti üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus, "Ford" və "VAZ-2106" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 57 yaşlı Azadxan İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.