Lənkəranda ağır yol qəzası:

Day.Az представляет новость на азербайджанском языке

Lənkəranda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

CTV (Region TV) xəbər verir ki, hadisə saat 10:30 radələrində Lənkəran şəhərinin "Ləvəngi dairəsi" adlanan ərazisində qeydə alınıb.

Ötmə əməliyyatını düzgün yerinə yetirməyən "Mercedes" qarşıdan gələn "Tofaş" markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra "Mercedes"in sürücüsü və avtomobildə olanlar hadisə yerindən uzaqlaşıblar.

Deformasiyaya uğrayan "Tofaş" markalı avtomobilin sürücüsü, Lerik sakini, 27 yaşlı Nicat Tahir oğlu Hacıyev və sərnişinlər - Lənkəran sakinləri Arzu Əziz qızı Sadıxova və Səbirə Mirzərza qızı Mirzəyeva müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlar üçün həyatı təhlükənin olmadığı bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.