Avtomobil piyadaları vurdu, ölən və yaralanan var

Day.Az представляет новость на азербайджанском языке

Şamaxıda bir gündə iki yol qəzası baş verib. Qəzaların birində avtomobil yolun kənarında dayanan piyadanı vuraraq öldürüb, digər qəzada isə piyada xəsarət alıb.

Day.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Çuxuryurd kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü  Şamaxı rayon sakini Tamarov Tərlan "VAZ 2106" markalı avtomobilllə hərəkətdə olarkən  idarəetməni itirib və yol kənarında dayanan qadını vurub. Çuxuryurd kənd sakini 1951-ci il təvəllüdlü İbrahimova Şövkət Seyfəddin qızı aldığı ağır bədən xəsarətlərindən  hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılıb.

Digər yol qəzası isə Nərimanov küçəsində qeydə alınıb. Rayon sakini Abbasov Zahir Əjdər oğlu idarə etdiyi "VAZ 2104" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı, 1986-cı il təvəllüdlü Manafov Babək Fariz oğlunu vurub.  Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Babək Manafov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Piyadanı xəstəxanaya sürücü çatdırıb.

Hər iki faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.