Azərbaycanda bəyin dostları polisdən qaça bilmədilər...

Day.Az представляет новость на азербайджанском языке

Ağdaşda toy karvanında olan bəzi sürücülər avtoxuliqanlıq etdiyinə görə, dəfələrlə yol polisləri tərəfindən saxla əmri verilsə də buna məhəl qoymayıblar.

Yol polisi əməkdaşları həmin maşınların dövlət nömrə nişanlarını qeydiyyata alaraq barələrində protokol tərtib edib. Keçirilən reydlə Elmin Xəlilzadə, Elnur Mustafayev, Aqşin Əhmədov digər dostları ilə birlikdə polis  tərəfindən saxlanılıb, maşınları isə cərimə meydançasına aparılıb.

Saxlanılan 8 sürücü Ağdaş rayon məhkəməsinin qərarı ilə 18, bir sürücü isə 15 gün müddətinə inzibati qaydada həbs olunub. Onlar bir ildə sürücülük hüququndan məhrum ediliblər.

Day.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.