Salyanda polisin 3 yaşlı oğlunu maşın vurdu

Day.Az представляет новость на азербайджанском языке

Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi VAZ-21011 markalı, dövlət nömrə nişanı 27-XX-440 olan avtomaşınla vurulub.

Salyan Mərkəzi Rayon Xəstəxanasından aldığımız məlumata görə, baş nahiyəsindən xəsarət almış uşağın vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, 3 yaşlı Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.