Bir dairədən 7 namizəd

Day.Az представляет новость на азербайджанском языке

İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə qeydə alınan namizədlərin tam siyahısı açıqlanıb.

Day.Az bildirir ki, Mərkəzi Seçki Komissiyasından report-a verilən məlumata görə, həmin dairə üzrə 7 nəfərin namizədliyi qeydə alınıb.
90 saylı Ağdaş seçki dairəsi üzrə qeydə alınan namizədlərin tam siyahısı belədir:

Soyadı, adı, 
atasının adı
Doğum tarixi Əsas iş və xidmət yeri, vəzifəsi 
(bu olmadıqda fəaliyyət növü)
Partiya mənsubiyyəti Tərəfindən irəli sürülmə
Osmanov Cavid Həmid oğlu 06.02.1975 Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri YAP YAP
Haqverdiyev Əli Bəkir oğlu 06.02.1967 Ağdaş rayon mərkəzi xəstəxanası, həkim Bitərəf Öz təşəbbüsü
İbrahimli Anar Zamin oğlu 11.09.1988 Ağdaş Dövlət Humanitar Kolleci, müəllim Bitərəf Öz təşəbbüsü
Ağa-zadə İqbal Fehruz oğlu 18.09.1968 Azərbaycan Ümid Partiyasının sədri ÜMİD ÜMİD
Gözəlov Rəşid Qalib oğlu 15.10.1988 "Azərpoçt" MMC-nin Ağdaş poçt filialı, müfəttiş Bitərəf Öz təşəbbüsü
Abdullayev Rəşad Mustafa oğlu 24.07.1987 Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim Bitərəf Öz təşəbbüsü
Gözəlov Elmir Şahsəlim oğlu 13.01.1982 "Azəravtoyol" ASC-nin "Yolların Mühafizəsi Xidməti" MMC, baş mütəxəssis Bitərəf Öz təşəbbüsü

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.