Almaniya parlamenti "soyqırım layihəsinə" səs verəcək?

Day.Az представляет новость на азербайджанском языке

Cümə axşamı Almaniya parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını "soyqırım" kimi tanıyan qətnaməyə səs verməlidir.

Türkiyənin xəbərdarlığına rəğmən müzakirələrə çıxarılan sənəd "1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı" adlanır.

Milli.Az BBC-yə istinadən bildirir ki, qətnamə mətnində mübahisəli "soyqırım" sözü dəfərlərlə istifadə edilir.
Sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar Partiyasıdır.
Bir il bundan əvvəl Almaniya prezidenti ötən əsrin əvvəlində baş verən olayları "söyqırım" adlandıran ən yüksək rütbəli Almaniya rəsmisi olmuşdu.

Joachim Gauck-un bəyanatı Türkiyənin qəti etirazana tuş gəldi.
Almaniya parlamentinin qərarı Avropa İttifaqı üçün namünasib vaxta təsadüf edir. Beləki, miqrant axını problemilə bağlı Avropa İttifaqının Ankaranın köməyinə ehtiyacı var.
Bu arada iki tərəfli əlaqələrə insan hüquqları da daxil olmaqla bir sıra məsələlər kölgə salır.

"Zənn etmirəm ki, Almaniya parlamenti" qətnaməni Bundestaqa çıxarmış "iki-üç siyasətçiyə görə Türkiyə ilə münasibətləri məhv etsin", Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.
"Türkiyə ilə münasibətlər barədə Almaniya ehtiyatlı olmalıdır", o deyib.
Birinci Dünya Müharibəsi zamanı baş verən hadisə Türkiyə ilə Ermənsitan arasında mübahisə mövzusudur.
Yerevan Osmanlı İmperiyası çökərkən 1.5 milyon erməninin "soyqırıma məruz qaldığını" deyir. Ermənistan kütləvi ölümlərin "soyqırım" kimi tanınmasını istəyir.

Ankara iddiaları rədd edir: 300-500 min erməninin öldüyünü deyən Türkiyə vətəndaş müharibəsi vaxtı eyni sayda türklərin öldüyünü da qeyd edir.
Osmanlı imperiyasında ermənilərin kütləvi qırğınını 20-dək ölkə "soyqırım" olaraq tanıyıb, onların arasında Fransa və Rusiya da var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.