Salyanda daha bir FACİƏ:

Day.Az представляет новость на азербайджанском языке

Salyanın Xalac kəndində qaynar suyun uşağın üstünə dağılması nəticəsində körpə yanıq xəsarətləri alıb.

Day.Az report-a istinadən bildirir ki, 1 yaşlı Eşqin Əzizağa oğlu Hüseynov nəzarətsiz qaldığından çaydandakı qaynar suyu üstünə aşırdıb. Nəticədə uşaq çənə və boyunun ön hissəsindən 1, 2, və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb. Körpə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.