İldırım evə düşdü, hər şey kül oldu - Şəkidə dəhşət

Day.Az представляет новость на азербайджанском языке

----------
09:42

Şəkidə fərdi yaşayış evini ildırım vurub. 

Day.Az APA-ya istinadən bildirir ki, bu gün saat 03.00 radələrində rayonun Cəyirli kəndində Nailə Məmmədovaya məxsus, ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
 
İlkin ehtimala görə, yanğına evə ildırım düşməsi səbəb olub. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

-----------
18:32