Daha bir boksçumuz Rio olimpiadasında

Day.Az представляет новость на азербайджанском языке

Daha bir boksçumuz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Trend-in məlumatına görə, bu gün Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal döyüşləri keçirilib.

Təmsilçimiz Rüfət Hüseynov bu mərhələdə meksikalı Yoselito Velasquesə 2:1 hesablı qələbə qazanaraq finala çıxıb və Rioya lisenziya qazanıb.

Teymur Məmmədov Azərbaycana 54-cü lisenziyanı qazandırdı

Qeyd edək ki, bu, Azərbaycanın Rio olimpiadasına qazandığı 55-ci lisenziyadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.