Azərbaycanda onlayn avtomobil hərracları keçiriləcək

Day.Az представляет новость на азербайджанском языке

Yol qəzası nəticəsində yararsız vəziyyətə düşən avtomobillər onlayn hərraca çıxarılacaq. Onlayn satışı üçün isə avtomobillər "auto onlayn" xidmətində yerləşdiriləcək. Bu nə vaxtdan baş tutacaq?

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, yararsız vəziyyətdə olan avtomobillərin onlayn satışı asanlaşacaq. Bu yeni proqram "auto onlayn" xidməti ilə mümkün olacaq. Bunun üçün sığorta şirkətləri öz balansında olan avtomobilləri həmin şirkətə təqdim edəcək. Daha sonra avtomobillər qiymətləndiriləcək və satışı üçün sayta yerləşdiriləcək

Ancaq bununla yanaşı, təkcə sığorta şirkətləri deyil, istənilən idarə, müəssisə və təşkilat köhnə avtomobilini, həmçinin fiziki şəxs sığorta hadisəsi qeydə alınmış avtomobilini onlayn hərraca çıxara biləcək. Qiymətə gəlincə isə, sığortaçı Daşdəmir Niftəliyev deyir ki, bunu bazar formalaşdıracaq. Maksimum 1 ilə yeni proqramının işə düşməsi ilə bu onlayn satış baş tutacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.