Bakıda yanğın

Day.Az представляет новость на азербайджанском языке

Bakıda ticarət obyekti yanıb.

Day.Az FHN-in saytına istinadən bildirir ki, hadisə Bakı şəhərinin Xəzər rayonunda baş verib.

Mağaza ümumi sahəsi 520 kv.m olan və bir dam altında yerləşən 13 ticarət obyektindən biri olub. Belə ki, sahəsi 64 kv.m olan mağaza 50 kv.m sahədə yanıb və yaxınlıqdakı digər obyektin tavanı yüksək temperaturdan 20 kv.m sahədə əriyib.

Digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.