Qusarda 22 ev su altında qaldı

Day.Az представляет новость на азербайджанском языке

----------
09:44

Qusarın Kuzun kəndində leysan yağışları nəticəsində 22 ev su altında qalıb, 3 ev tamamilə dağılıb.

Day.Az report-a istinadən bildirir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.

"Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb. Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib", - deyə komissiya sədri bildirib.

Ş.Fərəməzov hazırda FHK əməkdaşlarının və texnikasının hadisə yerinə cəlb olunduğunu və fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

-----------
12:12
 

Videonu izləmək üçün şəklə klikləyin:
Qusarda 22 ev su altında qaldı