Elza Türkiyə şou-biznesinə qatılan müğənniləri tənqid etdi

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Elza Seyidcahan Türkiyə şou-biznesinə qatılan müğənniləri tənqid edib. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Star life" verilişinə açıqlamasında iddialı danışıb.

E.Seyidcahan Ayla Çelikin "Bağdad" mahnısını oxuyanlara da söz atıb: "Müğənnilərimiz elə bilirlər ki, Türkiyə şou-biznesinə qatılmağa cəhd etsələr, burada hörmətləri artacaq. Bu hər bir insanın bacarığı deyil. Kiminsə acığına gedib, evini satıb pulu ora qoyursansa, boş zəhmətdi. Özlərini gəlib burada kiməsə göstərmək üçün belə addım atırlar. Sənəti olmayanlar şou-biznesi biabırçı formada təqdim edirlər. 

Əgər Türkiyədə qalsam, mən oranın şou-biznesində öz sözümü layiqincə deyə bilərəm. Bunu sübut da etmişəm. 

Bu günlərdə hamı "Bağdad" mahnısı oxudu. Heç birini İnstaqram səhifəmdə paylaşmadım. Bilən də, bilməyəndə getdi mahnını səsləndirdi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.