Nazirlik vergi borcunu ödəməyən müğənnilərimizin adlarını açıqladı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, vergidən yayınan müğənnilərin siyahısı nazirliyin saytına yerləşdirilib.

Siyahıda Brilliant Dadaşova, Abbas Bağırov, Mətanət İsgəndərli, Rəqsanə, Gülyanaq Məmmədova, Xəyyam Nisanov, Elza Seyidcahan və digərlərinin adları var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.