Bakı bulvarında əla əyləncə olacaq

Day.Az представляет новость на азербайджанском языке

Bulvar ərazisində açıq havada rəqs məkanı növbəti həftədən fəaliyyətə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a daxil olan məlumata görə, qurumun yeni layihəsi əsasında Bakı bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul 2016-cı il tarixindən etibarən hər həftəsonu fəaliyyətə başlayacaq. Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Qeyd edək ki, bundan əvvəl açıq havada rəqs məkanının iyunun 25-dən etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulurdu. 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən "Formula 1" yarışı ilə əlaqədar rəqslərin keçiriləcəyi ərazidə rekonstruksiya işlərinin yekunlaşmaması səbəbindən tədbir növbəti həftəyə keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.