Ağdaşda dolaşan

Day.Az представляет новость на азербайджанском языке

Artıq bir neçə gündür ki, ölkə gündəmini zəpt edən xəbərlərdən biri də, Ağdaş rayonunda ağ geyimli qəribə məxluqlar dolaşması ilə bağlı xəbərdir.  Bu xəbər yayılar-yayılmaz artıq sakinlərin canına qorxu düşüb. Ağdaşlılar təşvişdədir. Hətta iş o yerə çatb ki, kəndin giriş-çıxışında polis postları qurulub. Gecələr 70-ə qədər polis növbədə dayanır. Yadımdadır belə bir analoji hadisə təxminən 3 il bundan əvvəl Salyan rayonunun Şorsulu kəndində baş vermişdi. Ağdaşdakı olaydan fərqli olaraq kənd sakinləri qara plaşdı, uzun boylu və saqqalı bir kişi görmüşdülər. O, bir çox evlərə girərək sakinlər arasında təşvişə səbəb olmuşdu. Amma sonda nə qara plaşdı kişi tapıldı nə də ki, qəribə məxluq. Güman edirəm ki, Ağdaşda da dolaşan ağ geyimli məxluqların nə olduğu müəyənləşər və sakinlər də öz evlərində qorxusuz-hürküsüz rahat yaşamağa davam edərlər.

Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yaranmış müəmmalı vəziyyət hələ də davam edir.

Ağdaş rayon icra başçısının müavini Qalib Həsənov Trend-ə bildirib ki, polis əməkdaşları, icra və bələdiyyə nümayəndələri bu məsələ ilə məşğuldur:

"Kəndin giriş-çıxışında polis postları qurulub. Gecələr 70-ə qədər polis növbədə dayanır, o cümlədən bələdiyyə nümayəndələri, İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Ancaq heç nə görməyiblər. Hamı məhəttəl qalıb. Gecə kiminsə gözünə nəsə görünüb. Amma tuta bilən olmayıb. Guya kiminsə məhləsinə girib, amma bir adam da demir ki, mənim məhləmdən nəsə aparıb. Belə bir müəmalı vəziyyət yaranıb, ortada da isə real heç nə yoxdur".

Qeyd edək ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metir uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir.

Sonda onu da qeyd edim ki, hadisə ilə bağlı əlimdən bir iş gəlmədiyi üçün, Ağdaş sakinlərinə dua edərək fikrimi tamamlayıram. Qoy Allah onların yardımçısı olsun.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.