Qənbər daşlı yollar bərpa olunur, hərəkət məhdudlaşdırılır

Day.Az представляет новость на азербайджанском языке

Bakıda iyunun 17-19-da keçirilən "Formula 1" üzrə yarışlarla əlaqədar asfaltlanmış qənbər daşlı yollar əvvəlki vəziyyətinə qaytarılacaq.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, əvvəlcə Niyazi küçəsindəki hissədə təmir işləri görülür: "Bu gündən etibarən Niyazi küçəsindəki Azneft meydanından İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək hissədə təmir işlərinə başlanıb. Asfalt qatı qaşınaraq yol əvvəlki, qənbərli vəziyyətə gətirilir. Bununla əlaqədar yolda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb, istiqamət dəyişdirilib".

V.Əsədov qeyd edib ki, təmir işləri ilə bağlı Şeyx Şamil küçəsindən İstiqlaliyyət küçəsinə hərəkət yalnız sol istiqamətdə mümkün olacaq, sağa hərəkət isə məhdudlaşdırılıb.

Onun sözlərinə görə, daha sonra Əziz Əliyev küçəsinin Qoşa Qala qapısı önündəki hissəsində də asfalt qatı qaşınacaq, yolun qənbər daşlı hissəsi bərpa ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.