"Sovetski"də yanğın

Day.Az представляет новость на азербайджанском языке

-----------
13:28

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 60 kv.m-lik sahədə baş verir.

Yanğının ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verdiyi ehtimal edilir. Hadisə nəticəsində "Mersedes" markalı avtomobilin və ikimərtəbəli yaşayış binasının bir hissəsi də yanıb.

Yanğının söndürülməsinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 briqadası cəlb edilib.

---------
12:59

Bakıda "Sovetski" adlanan ərazidə yanğın başlayıb.

Trend-in məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

----------
13:28
 

Videonu izləmək üçün şəklə klikləyin: