Bakı-Ələt yolunda ağır qəza: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Ələt yolunda ağır qəza olub.

Trend-in məlumatına görə, Bakı-Ələt yolunun 31-ci km-də, Sahil qəsəbəsinin yaxınlığında Ələt istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə "Ford" markalı pikap toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.