Qəbələdə qədim sivilizasiyanın izləri - VİDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Qəbələdə antik dövrə aid yeni nümunələr aşkar olunub.
Tədqiqatlar zamanı Qəbələnin Dızaxlı kənd ərazisində kurqan adlanan ərazidə antik dövrə aid yeni nümunələr aşkarlanıb.
Qazıntılar İlyas Babayevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr şöbəsinin əməkdaşları tərəfindən aparılır. Kurqandan qazıntılar zamanı keramika qablar və digər əşyalar tapılıb. Diametri 32 m, dərinliyi isə 7 metrə yaxın olan kurqanın 4000-4500 il yaşı olduğu ehtimal olunur.
Əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra sərgidə nümayiş etdirilir. Əldə edilən bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре