Azərbaycanlı qadının Nihat Hatipoğluna sualı hər kəsi təəccübləndirdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin İstanbul şəhərindəki Sultan Ahmet meydanında Ramazan günlərində hər axşam məşhur ilahiyyatçı Nihat Hatipoğlunun aparıcılığı ilə canlı yayımlanan İFTAR proqramında hər kəsə maraqlı olan bir sual verilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycanlı qadının verdiyi sual hər kəsi maraqlandırıb.

Azərbaycanlı bir qadın tamaşaçı Ramazan ayı boyunca iftar proqramında maraqlı sualları cavablandıran ilahiyyatçı Nihat Hatipoğluna, Məhərrəm ayında və Ramazanda saç kəsmək, boyamaq və toy etmək günahdırmı sualını verib.

Bunun bir ənənə olduğunu və İslamda belə bir şey olmadığını söyləyən ilahiyyatçı "Bu bir ənənə ola bilər. Quran-i Kərimdə və sevimli peyğəmbərimizin hədislərində belə bir şey qeyd edilməyib", - deyə qeyd edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Azərbaycanlı qadının Nihat Hatipoğluna sualı hər kəsi təəccübləndirdi