Xatirə acıq verdi:

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Xatirə İslam sosial şəbəkədə ünvanına yazılan sözlərə sərt reaksiya verib. 

Axşam.az-ın məlumatına görə, ailəsi ilə Çexiyanın Karlovı Varı şəhərində dincələn ifaçının paylaşdığı fotolar tənqid olunub. 

X.İslam hər kəsə şəkilləri ilə acıq verəcəyini qeyd edib:

"Öz profilimdə şəkil paylaşıram, bəzi boş-bekar səviyyəsizlər buraya nə gəldi rəy yazmasınlar. Mən şəkil paylaşıram, siz bir-birinizi qırırsınız. Dünyanın heç yerində belə şey yoxdur.

Mənə maraqlıdır, heç bir sənət sahibinin gəzməyi, kefi sizi qıcıqlandırmır. Yalnız müğənnilər daş olub bəzi murdarların başına düşüblər. Elə ortadan çatlayın. Allah bilir, kimə nə verir. Bu arada sevənlərimi bağrıma basıram".

Müğənni daha sonra: "Atın bu paxıllığı içinizdən. Allahın məsləhətinə şükür. Qəlbinizi təmiz tutun, inanın, hər işiniz düzələcək", - deyə əlavə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.