6 yaşlı azərbaycanlı Avropanı mat qoydu

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın 6 yaşlı istedadlı şahmatçısı Ziya Məmmədov 7 yaşlılar arasında Avropa çempionu olub.

ANS-in məlumatına görə, şahmatçımız özündən böyüklər ilə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb.

Gənc istedad 7 oyunda qalib gəlib və 2 qarşılaşmanı heç-heçə ilə başa vurub. Avropa çempionatı Yunanıstanın Halkidiki şəhərində keçirilib.

Turnirin ikinci pilləsində İngiltərə millisinin bayrağı altında çıxış edən Royal Şiraz qərarlaşıb. Üçüncü yeri isə Rusiyadan Vetoxin Savva tutub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.