Minskdən Bakıya gələn sərnişinin çantasından çıxan təcübləndirdi

Day.Az представляет новость на азербайджанском языке

Minsk-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı baqajlarını götürüb gömrük nəzarətindən keçib zonanı tərk etmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq "X-ray" intereskoprentgen aparatına yönəldilib.  

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, gömrük əməkdaşı monitorda siqaretlərə bənzər əşyaların təsvirlərini gördüyündən həmin vətəndaş saxlanılaraq əl yükündə və baqajında gömrüyə mütləq qaydada bəyan ediləsi əşyaların olub-olmaması barədə şifahi sorğu-sual edilib. Gömrükçülərin şübhələrini inkar edən həmin şəxs baqajının içərisindəki malların yoxlanılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq gömrüyün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd əl çantası və 1 ədəd karton qutunun içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron və ya şifahi formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 40 000 ədəd siqaretlər aşkar olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.