Nazirdən universitet rəhbərliyinə təyinat

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.

Day.Az APA-ya istinadən bildirir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.
 
E.Aslanov APA-ya xəbəri təsdiqləyərək bildirib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.
 
Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.