Gəncədə kütləvi davada iki qardaş döyüldü

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə iki qardaş dava zamanı müxtəlif bədən xəsarətləri alıb.

Day.Az APA-ya istinadən bildirir ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Zakir Verdiyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Mahir Verdiyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
 
Onlara tibbi yardım göstərilib. Qardaşlar bildiriblər ki, onlar şəhərin Bağmanlar adlanan yaşayış massivində dava zamanı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.