Şamaxıda ağır qəza: sürücü ilə yanaşı piyada da yaralandı

Day.Az представляет новость на азербайджанском языке

Səhər saatlarında Şamaxı rayonunda ağır yol qəzası olub.

Day.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində qeydə alınıb.

1987-ci il təvəllüdlü Şamaxı sakini İbrahimov Şahin İsgəndər oğluna məxsus "VAZ-014" markalı avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub və "VAZ- 014" markalı avtomobil yoldan çıxaraq yolun kənarında duran 1969-cu il təvəllüdlü Səmədova Gülparə Şahbaba qızını vurub. Qəzada xəsarət alan sürücü Şahin İbrahimov və Gülparə Səmədova Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.