Bakı sakini Göygöldə bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке

Göygöldə bıçaqlanma olub.

Day.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Renat Nəbiyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Məlumata görə R. Nəbiyev Göygöl rayonun Azos adlanan ərazisində bıçaqlanıb.
 
Faktla bağlı hüququ mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.