Bakıda faciə: Uşaq binadan yıxılıb öldü

Day.Az представляет новость на азербайджанском языке

Binəqədi rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Day.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evin pəncərəsindən (3-cü mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.