Bakıda hüquqşünasın evi qarət edildi

Day.Az представляет новость на азербайджанском языке

Bakıda hüquqşünasın evi qarət edilib.

Day.Az bildirir ki, bu barədə APA-ya qarətə məruz qalan hüquqşünas Toğrul Vəliyev məlumat verib.

Onun sözlərinə görə, iyunun 26-da Sulutəpə qəsəbəsində kirayədə yaşadığı evə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olan naməlum şəxs və ya şəxslər evin altını üstünə çeviriblər.
 
Hüquqşünasın bildirdiyinə görə, evə girən naməlum şəxs və ya şəxslər mənzildən onun şəxsi əşyalarını və iki ədəd noutbukunu götürüblər.
 
Baş verən oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsi məlumatlandırılıb.
 
T. Vəliyev həmçinin qeyd edib ki, Sulutəpə qəsəbəsində son vaxtlar ev oğurluqlarının sayı kəskin artıb.
 
Polisdən APA-ya bildirilib ki, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
 
Qeyd edək ki, evi qarət olunan T. Vəliyev Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərdən birində hüquqşünas işləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.