Vahid Ələkbərovun zavodunda partlayış

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "LUKoyl" şirkətinin Xantı-Mansisk muxtar dairəsinin Lanqepas şəhərində yerləşən neft emalı zavadonda partlayış baş verib.

Day.Az anspress-ə istinadən bildirir ki, hadisə yerinə xilasedicilər, yanğınsöndürən maşınlar, polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Karbohidrogenlərin benzin və qaza parçalandığı qurğunun zədələnməsindən sonra yanğın baş verib. 50 kavadrat metr sahədə qaz yanmağa başlayıb.

Partlayışla müşayiət olunan olunan yanğında 4 nəfər xəsarət alıb. Onlar hazırda Laqepas xəstəxanasına çatdırılıb. Onlardan biri üzündə yırtılmış yara, digər üç nəfər isə yanıq xəsarətləri alıb.

Analoji hadisə 2014-cü ilin mayında yaşanıb. Komi şəhərində Rusiyanın "LUKoyl" Neft Şirkətinə məxsus olan üç çəndə partlayış baş verib. 

"LUKoyl -Usinskneftqaz" idarəsinin ərazisində, Usinsk şəhərinin 35 kilometirliyində neft çənində partlayış olub. Daha sonra yanğın nəticəsində yaxınlıqda olan daha uç çəndə də partlayış əmələ gəlib. Yanğını söndürülərkən bir nəfər xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: