Atatürk Hava Limanında ölənlərin adı bəlli oldu

Day.Az представляет новость на азербайджанском языке

İstanbulun Atatürk Hava Limanında 3 canlı bombanın hücumu nəticəsində 41 nəfər ölüb, 239 adam yaralanıb. SİA-nın verdiyi xəbərə görə, ölənlərdən 13-nün xarici olduğu dəqiqləşib. Hazırda yaralılardan 109-u xəstəxanadadır.

Digər tərəfdən, hücumda həyatını itirənlərin şəxsiyyətinin təsbiti davam edir. Bu ana qədər 37 şəxsin şəxsiyyəti müəyyən edilib və cənazələr ailələrinə təslim edilib.

Əldə etdiyimiz məlumata görə, ölənlərdən 5-i Səudiyyə, 2-i İraq, 1-i Tunis, 1-i Özbəkistan, 1-i Çin (Şərq Türkistan), 1-i İran, 1-i Ukrayna, 1-i də İordaniya vətəndaşıdır. Bunlardan 3-nün ikili vətəndaşlığı var.

Yaralılar arasında isə 18 Səudiyyə, 12 Özbək, 4 İran, 3 Suriya, 2 İraq, 2 Ukrayna, 1 ABŞ, 1 Fransız, 1 Alman, 1 Nigeriya, 1 Fələstin, 1 Kanada və 1 Qırğız vətəndaşı var. Geri qalanlar Türkiyə Respublikasının vətəndaşlarıdır.

Həyatını itirənlər bunlardır:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.