Rusiya Ermənistana silah göndərməyə başladı

Day.Az представляет новость на азербайджанском языке

Rusiya Ermənistana ayırdığı 200 milyon dollar kredit çərcivəsində olan silahları göndərməyə başlayıb.

Day.Az virtualaz.org-a stinadən bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

Ermənistanın birinci-İctimai telekanalına müsahibəsi zamanı o bildirib ki, silahların çatdırılması üçün hazırlıq işləri aparılıb. Silahların bir hissəsin artıq təyinat yerinə çatdırılmasına başlanılıb.

Silah tədarükünün hansı səbəbdən uzadılması sualını cavablandıran nazir bildirib ki, silah almaq üçün nağd pul ödəmək başqa məsələdir, bunu dövlətlərarası kredit çərçivəsində həyata keçirmək tamam başqa.

Xatırladaq ki, ötən ilin iyul ayında Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. Bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verməli idi.

Həmin müqavilə Ermənistan və Rusiya hökumətləri arasında iyunun 26-da İrəvanda imzalanıb. 200 milyon dollarlıq kredit ancaq faiz ödəməklə üç illik müddət əsasında verilməlidir və sonrakı 10 ildə hissə-hissə qaytarılmalıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.