Atatürk hava limanı işini bərpa edib

Day.Az представляет новость на азербайджанском языке

İstanbulun Atatürk hava limanı ötən gün törədilmiş terror aktından sonra işini bərpa edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hazırda aeroport reysləri qəbul edir və yola salır.

Qeyd edək ki, Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatıb.

Hazırda Türkiyə xəstəxanalarında terror aktında yaralanmış 239 nəfər var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.