20 gün əvvəl İŞİD-in Atatürk Hava Limanını partladacağı barədə xəbərdarlıq edilib

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin kəşfiyyat xidməti 20 gün əvvəl aidiyyəti qurumlara İŞİD-in İstanbulda terror aktı törədəcəyi barədə məlumat göndərib.

APA-nın xəbərinə görə, bunu CNNTürk-ün Ankara təmsilçisi Hande Fırat canlı yayımda deyib. Jurnalist bildirib ki, iyunun əvvəlində ölkə rəhbərliyinə və aidiyyəti orqanlara İstanbulda partlayış olacağı barədə kəşfiyyat məlumatı göndərilib. Xəbərdarlıq məlumatında terror aktının törədilməsi ehtimal olunan yerlərin siyahısı hazırlanıb. Siyahıda Atatürk Hava Limanının da adı olub.

Qeyd edək ki, Hava Limanında törədilən partlayış nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.