Erməni əsgər göldə boğuldu

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan ordusunda əsgər ölümü qeydə alınıb.

Day.Az anspress-ə istinadən bildirir ki, Artik Edgar Çaxalyan adlı əsgər boğulub.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan əsgərin ölümü ilə bağlı faktı təsdiqləyib.

Məlumata görə, 20 yaşlı Çaxalyan süni göldə boğulub. Onun ölümü barədə sakinlər polisə məlumat veriblər. 

Ermənistan ordusunda son ölüm faktı iyunun 17-də qeydə alınmışdı. Həmin vaxt əsgər Hrant G.Qriqoryanın meyiti bu gün cəbhə xəttinin cənub istiqamətində təlim bölməsində tapılıb. 

Həmçinin iyunun 2-də 1997-ci il təvəllüdlü Xoren Harutunyanın ölümcül yaralandığı barədə məlumat verilmişdi. Daha sonra onun həyatını itirdiyi bildirildi.

Mayın 31-də isə əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyanın Qarabağda naməlum şəraitdə qəfildən ölüb.

Həmçinin mayın 26-da Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.

Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu qətlə yetirib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.