İstanbul terrorunda polislərin ŞOK "WhatsApp" yazışması ortaya çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəni qana bulayan, 42 nəfərin ölümünə, 239 nəfərin yaralanmasına səbəb olan terror aktını törədən şəxslərin  milliyyətləri bəlli olub.

Day.Az anspress-ə istinadən bildirir ki, gecə saatlarında onların ilk fotoları da yayılıb. 

Məlumata görə, kamikadzelər tacik əsilli olublar. Onların Atatürk hava limanına giriş zamanı şəkilən fotolarını "Milliyet" qəzeti əldə edə bilib.

Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin "WhatsApp" yazışması da yayılıb. Bu yazışma hadisədən 5 dəqiqə öncə olub. ​Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu, yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb. 

Polis "sənədlərinizi görə bilərəmmi?" deyəndə isə kamikadze qorxuya düşərək atəş açmağa başlayıb. 

İlk vurulan da şübhəlini görən polis olub. Polisi yaralayan terrorçu xarici xətlər terminalının qarşısına qaçır və özünü partladır. Həyat yoldaşı ilk övladlarına 6 aylıq hamilə olan polisin ayıq-sayıqlığı onlarla insanı ölümdən xilas edir. Lakin o özü hazırda ölüm-qalım savaşı verir. 

Bundan sonra digər kamikadzelər də  avtomatdan atəş açmağa başlayıblar. Hücumculardan biri polis tərəfindən yaralanıb. Onun yanına gələn polis kamikadzenin üzərində bomba olduğunu görüb. Lakin bombaya ziyan vurmamaq üçün hadisə yerindən uzaqlaşıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İstanbul terrorunu törədənlərin görüntüləri yayıldı