Azərbaycanlı şahiddən ŞOK AÇIQLAMA:

Day.Az представляет новость на азербайджанском языке

İstanbulun beynəlxalq Atatürk hava limanına daxil olan şəxs "Allahu-əkbər" bağıra-bağıra əlindəki silahla ətrafdakılara atəş açırdı.

Day.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə hava limanının ofislərdən birində çalışan azərbaycanlı Etimad Mehdiyev danışıb.

"Adamın biri əvvəlcə hava limanının girişində, taksi dayanacağında özünü partlatdı. O zaman ara qarışdı və həmin vaxt o biri silahlı adam girişin yuxarı hissəsindən içəri daxil oldu", - deyə şahid bildirib.

Etimad deyir ki, hadisə iftar başlayan ərəfədə baş verib. O, bir terrorçunun Kalaşnikov avtomatla ətrafa atəş aça-aça getdiyini görüb. Hərə bir yana qaçmağa başlayıb. Dediyinə görə, həmin şəxs hava limanının girişindən içəriyə doğru 500 metr irəliləyə bilib. Həmin adam silahı yerə qoymadığından heç kim onunla danışığa gedə bilməyib. Bu zaman hava limanının işçiləri hamısı ofislərini tərk edərək ərazidən uzaqlaşmağa başlayıblar.

"O, kiçik pasport yoxlama məntəqəsini keçəndən sonra polislərdən biri onu qaçdığı yerdə ayağından yaraladı. Ondan sonra o üzərindəki bombanı partlatdı", - deyən Etimad Mehdiyev əlavə edib ki, həmin şəxsin parçalanmış bədəninin baş hissəsi səhər saatlarında, hava limanında salonun küncündə tapılıb.

Etimad Mehdiyevin sözlərinə görə, ən çox ölüm hava limanın girişindəki taksi dayanacağında olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.